...

“SABAH-ın Məzunu 2025” tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 2 İyul 2025 16:10 (UTC +04:00)
“SABAH-ın Məzunu 2025” tədbiri keçirilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 2-də Heydər Əliyev Sarayında “SABAH-ın Məzunu 2025” tədbiri keçirilib.

Trend xəbər verir ki, tədbirdə dövlət və özəl qurumların rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr, eləcə də digər qonaqlar iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları SABAH məzunlarının nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, SABAH qrupları ilk dəfə 7 ali məktəbdə yaradıldı.

"SABAH qruplarının yaradılmasındakı əsas məqsəd yaradıcı və istedadlı gənclərin inkişafına dəstək vermək idi"- deyə o əlavə edib.

Çıxışlardan sonra SABAH qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib.

Tədbirdə SABAH məzun tədbirinin hər il təkrarlanan bir ənənəsi - rəmzi SABAH açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi baş tutub.

Daha sonra ən yüksək göstəriciləri ilə fərqlənən SABAHın məzunları ali təhsil müəssisələrinin rektorları tərəfindən təltif olunublar.

Tədbirdə çıxış edən SABAH Məzunlar Assosiasiyasının sədr müavini Mirgünay Bayramova yeni qurumun fəaliyyəti və qarşıya qoyulan məqsədlər haqqında danışıb.

Tədbir çərçivəsində SABAH qrupları tələbələrinin ifasında musiqi nömrələri də səsləndirilib.

Qeyd edək ki, 2024–2025-ci tədris ilində 10 ali təhsil müəssisəsi üzrə 955 bakalavr və 466 magistr SABAH qruplarından məzun olur. Hazırda Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin "SABAH qrupları" layihəsi 13 ali təhsil müəssisəsini, 8 ixtisas istiqaməti üzrə 71 ixtisas və ixtisaslaşmanı, bakalavriat və magistratura səviyyələri üzrə 4134 tələbəni və 6842 məzunu əhatə edir.

Xəbər lenti

Xəbər lenti