...

İran prezidenti AEBA ilə əməkdaşlığın dayandırılması üzrə qanunun icrasına qərar verib

Dünya xəbərləri Materials 2 İyul 2025 11:01 (UTC +04:00)
İran prezidenti AEBA ilə əməkdaşlığın dayandırılması üzrə qanunun icrasına qərar verib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran prezidenti Məsud Pezeşkian İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığının dayandırılması üzrə qanunun icrasına qərar verib.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, İran parlamentinin 25 iyun 2025-ci il tarixində qəbul etdiyi və Konstitusiyaya Nəzarət Şurasının təsdiqlədiyi qanun layihəsi icra üçün müvafiq qurumlara elan olunub.

Məlumatda deyilir ki, bu qanun İranın Atom Enerjisi Təşkilatı, Ali Milli Təhlükəsizlik Şurası və Xarici İşlər Nazirliyi tərəfindən icra olunacaq.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti