...

Yekaterinburqda baş vermiş hadisəyə görə Azərbaycanda cinayət işi başlanıb və buna kifayət qədər hüquqi əsas var - Baş Prokurorluq rəsmisi

Cəmiyyət Materials 2 İyul 2025 10:33 (UTC +04:00)
Yekaterinburqda  baş vermiş hadisəyə görə Azərbaycanda cinayət işi başlanıb və buna kifayət qədər hüquqi əsas var - Baş Prokurorluq rəsmisi
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan tərəfi heç bir dövlətin, hansısa qurumun daxili işlərinə qarışmaq niyyətində deyil.

Trend xəbər verir ki, bunu Rusiyada qətlə yetirilən azərbaycanlıların cinayət işi ilə bağlı mətbuat konfransında Baş Prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib.

Onun sözlərinə görə, lakin proses zamanı bir və ya bir neçə Azərbaycan vətəndaşına qarşı amansızlıq nümayiş etdirilirsə, onların hüquqları kütləvi şəkildə pozularsa, dövlətimizin bu hadisəyə reaksiya verməsi bizim vəzifə borclarımızdan biridir.

O qeyd edib ki, Rusiya tərəfindən ölüm hadisəsini təsdiq edən ekspert rəyləri yoxdur:

"Lakin bizim ekspertiza nəticəsində çoxsaylı xəsarətlər müəyyən olunub. Buna görə də Azərbaycan Respublikasında cinayət işi başlanıb və buna kifayət qədər hüquqi əsas var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti