...

Xaçmazda Azərbaycan Polisi Günü təntənəli şəkildə qeyd olunub (FOTO)

Gündəm Materials 2 İyul 2025 13:58 (UTC +04:00)
Xaçmazda Azərbaycan Polisi Günü təntənəli şəkildə qeyd olunub (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Xaçmaz rayonunda Azərbaycan polisinin yaranmasının 107-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Trend xəbər verir ki, Xaçmaz rayon Polis Şöbəsində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına təbrik məktubu oxunub.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, çətin və şərəfli vəzifələrində onlara uğurlar arzulayıb. Bildirib ki, tarixin bütün dönəmlərində Azərbaycan dövlətçiliyinin keşiyində ayıq-sayıq dayanan polis orqanlarına Ulu Öndər Heydər Əliyev həmişə böyük qayğı ilə yanaşıb və bu xətt Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Azərbaycan polisinin peşəkarlığının artırılması, maddi-texniki bazasının beynəlxalq standartlar səviyyəsində qurulması dövlət qayğısının bariz nümunəsidir.

Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Samir Məcidov bildirib ki, polis əməkdaşları Azərbaycan qanunlarına, xalqa, Vətənə, ümummilli lider Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevə daim sadiqdirlər və ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaqlar.

Digər çıxış edənlərdə polis işçilərini peşə bayramları münasibətilə təbrik edib, ölkəmizdə sabitliyin qorunmasında polisin xidmətlərindən, dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açıblar.

Sonda 2 İyul Polis işçilərinin peşə bayramı günü münasibəti ilə və rayon ərazisində cinayətkarlığa qarşı mübarizənin aparılmasında, ictimai asayişin qorunmasında fəal iştirakına görə bir qrup polis əməkdaşı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə mükafatlandırılıb, həmçinin xidmətdə fərqlənən polis əməkdaşlarına Xaçmaz Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və polis veteranlarına xatirə hədiyyələri təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti