...

ECO gender bərabərliyi istiqamətində mühüm addımlar atır - Silapberdi Nurberdiyev

Cəmiyyət Materials 2 İyul 2025 09:30 (UTC +04:00)
ECO gender bərabərliyi istiqamətində mühüm addımlar atır - Silapberdi Nurberdiyev
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın. Trend:

İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) gender bərabərliyi istiqamətində mühüm addımlar atır.

Trend-in Laçına ezam olunmuş müxbiri xəbər verir ki, bunu təşkilatın baş katibinin müavini Silapberdi Nurberdiyev ilk dəfə Laçında keçirilən İƏT-in Qadınlar Forumunda deyib.

O qeyd edib ki, təkcə ənənəvi deyil, müasir sahələrdə də qadınlara dəstək göstərilməlidir:

"Bu gün dünyamızda qadınlar mühüm qərarların qəbul olunmasında mühüm yer tuturlar. İƏT-də qadınların dəstəklənməsi istiqamətində ciddi addımar atır. Forum qadının güclü iqtisadi cəmiyyətin qurulmasında oynadığı rolu bir daha ortaya çıxaracaq.

İƏT rəsmisi vurğulayıb ki, təkcə ənənəvi deyil Biz iqlim problemlərin həllində qadınlara imkan yaratmalı, yaşıl iqtisadiyyatda onlara fürsət tanımalıyıq:

"Həmçinin elm və texnologiya sahəsini inkişaf etdirməliyik. Məsələn, texnologiya sahəsində də addımlar atılmalıdır. Bununla bağlı planlarımız hazırdır. Mədəni və İdman sahəsində də qadınların mövqeyini daha da gücləndirməliyik. Biz düzgün maliyyələşdirməni təmin etməliyik, real fəaliyyət keçməliyik. Qadınlar arasında rəqamsal bacarıqlar daha geniş yayılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti