Bakı. Trend:
Cənubi Koreya istehsalı olan dünyaca məşhur “Squid Games” (“Kalmar oyunu” - tərc.) serialının yaradıcısı Hvan Don Hek üçüncü mövsümün sonluğunun onun Amerika “spinoff”unun çəkiləcəyinə eyham vurması ilə bağlı dolanan şayiələri təkzib edib.
Trend bu barədə “Variety” nəşrinə istinadən xəbər verir.
Jurnalistin “Kalmar Oyunu”nun orijinal versiyasının son səhnəsinin spinoff-a (iddialara görə, onu rejissor Devid Finçer çəkəcək ) zəmin olub-olmadığı ilə bağlı sualına cavab olaraq Don Hek bu ehtimalı rədd edib. Üstəlik, o etiraf edib ki, yeni seriyaların çəkilişinə hazırlıq işlərindən xəbərsizdir.
“Xeyr, heç bir əlaqə yoxdur. Mən sadəcə istəyirdim ki, final güclü və təsirli alınsın. Düzünü desəm, Devid Finçerin davam çəkdiyinə dair heç nə eşitməmişəm. Bəli, şayiələr var idi, amma bu sadəcə mənim istədiyim sonluqdur”, – deyə o bildirib.
Hvan qeyd edib ki, əgər "Netflix" platforması, doğrudan da, Amerika spinoff-u çəkmək qərarına gəlsə, həmin layihədə rejissor kürsüsündə əyləşmək istərdi.