...

Rusiyada azərbaycanlılara qarşı baş verənlər bizi dərindən qayğılandırır - Britaniya səfiri

Siyasət Materials 3 İyul 2025 14:46 (UTC +04:00)
Rusiyada azərbaycanlılara qarşı baş verənlər bizi dərindən qayğılandırır - Britaniya səfiri
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada azərbaycanlılara qarşı baş verən hadisələr bizi dərin şəkildə qayğılandırır.

Trend xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “X” platformasındakı paylaşımında bildirib.

"Öldürülənlərin ailələrinə başsağlığı verir və bu zamanda Azərbaycan xalqının yanında olduğumuzu bildiririk. Ədalətin təmin olunması istiqamətində Azərbaycanın səylərinə dəstəyimizi ifadə edirik", - səfir əlavə edib.

Qeyd edək ki, ötən ayın 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, bir neçə nəfər saxlanılıb.

Xəbər lenti

Xəbər lenti