...

Polşa üç yeni sursat fabriki tikməyi planlaşdırır

Dünya xəbərləri Materials 3 İyul 2025 05:30 (UTC +04:00)

Bakı. Trend:

Polşa hərbi sənayesinə sərmayə qoyur və üç yeni sursat fabriki tikməyi planlaşdırır.

Trend Dövlət Aktivləri Nazirliyinin yaydığı məlumatına istinadla xəbər verir ki, dövlətə məxsus “Polish Armaments Group (PGZ)”a daxil olan dörd şirkət bu məqsədlər üçün təxminən 565 milyon avro alacaq.

Ölkə Rusiyadan mümkün hücumun qarşısını almaq və təhlükəsizlik baxımından ABŞ-dan daha az asılı olmaq üçün müdafiə qabiliyyətini artırmaq istəyir.

Zavodlar həmçinin, Rusiya-Ukrayna münaqişəsindən sonra tələbatı kəskin artmış 155 mm-lik artilleriya mərmiləri istehsal edəcək. Bundan əlavə, Kiyevə çatdırmalara görə Avropada ehtiyatlar azalıb.

Xəbər lenti

Xəbər lenti