...

Maksim Medvedev “Qarabağ”ın əvəzedici komandasının baş məşqçisi təyin edilib

İdman Materials 2 İyul 2025 18:22 (UTC +04:00)
Maksim Medvedev “Qarabağ”ın əvəzedici komandasının baş məşqçisi təyin edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

"Qarabağ"ın əvəzedici komandasının yeni baş məşqçisi müəyyənləşib.

Trend klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifə Maksim Medvedevə tapşırılıb.

Futbolçu karyerasını bütünlüklə “Qarabağ”a həsr edən 35 yaşlı mütəxəssis son bir ili U-14 komandasının məşqçisi kimi keçirib.

Qeyd edək ki, “Qarabağ” akademiyasının yetirməsi olan Maksim Medvedev 2006-2024-cü illərdə əsas komandanın formasını geyinib. O, “Qarabağ”ın heyətində ən çox oyun keçirən futbolçudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti