Bakı. Trend:
Koreya Respublikası sülh yolu ilə birləşməyə can atmalıdır, Cənub və Şimal “yüz ildən sonra” da birləşə bilərlər.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın prezidenti Li Çje Myon bildirib.
O, ölkənin ali qanunvericiliyində də sülh yolu ilə birləşmə təşəbbüsünün olduğunu xatırladıb. Onun sözlərinə görə, qeyri-sülh yolu ilə birləşmə səyləri böyük itkilərə yol aça bilər.
“İmkan daxilində bir-birimizin mövcudluğunu tanımalıyıq və qarşılıqlı-faydalı yolla getməliyik”,- deyə Li Çje Myon qeyd edib.
Prezident onu da qeyd edib ki, Koreya müharibəsindən hələ heç bir əsr də keçməyib və tarixi nöqteyi-nəzərdən 80 il elə də böyük müddət sayılmır.