Bakı. Trend:
Serbiyanın paytaxtı Belqradda tələbələrin keçirdiyi etiraz aksiyasında qarşıdurma yaşanıb. Bəzi nümayiş iştirakçıları ərazidə olan asayış keşikçilərinə hücum edib. Nəticədə bir polis əməkdaşı yaralanıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Serbiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
“DİN əməkdaşları Kral Aleksandr bulvarı və Ruzvelt küçəsinin kəsişməsində asayışı pozan şəxsi saxlayan zaman etiraz aksiyası iştirakçılarının hücumuna məruz qalıblar”, - məlumatda qeyd olunur.
Qeyd edilir ki, xəsarət alan polis əməkdaşına yerində tibbi yardım göstərilib. Bundan başqa, etirazçılar asayış keşikçilərinə aid avtomobilə ziyan vurub. Etirazçılardan biri saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.