Bakı. Trend:
ABŞ müdafiə naziri Pit Heqset və Hindistanın müdafiə naziri Racnath Sinqh bu il onillik müddətə nəzərdə tutulan yeni çərçivə müdafiə əməkdaşlığı sazişinin imzalanması barədə razılığa gəliblər.
Trend-in məlumatına görə, bu barədə Pentaqon nazirlər arasında baş tutmuş telefon danışığından sonra yaydığı açıqlamada bildirib.
"Katib Heqset və nazir Sinqh razılaşıblar ki, bu il keçirilməsi planlaşdırılan növbəti görüş zamanı ABŞ və Hindistan arasında on il müddətinə yeni çərçivə müdafiə sazişi imzalanacaq", – deyə açıqlamada qeyd olunur.
Sənəddə həmçinin vurğulanır ki, tərəflər ABŞ-ın Hindistana silah tədarükünün yaxın perspektivlərini və iki ölkə arasında hərbi sənaye sahəsində sıx əməkdaşlığın vacibliyini də müzakirə ediblər.