Bakı. Trend:
Boks üzrə kadetlərdən ibarət Azərbaycan milli komandası Özbəkistanda təlim-məşq toplanışına başlayıb.
Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, hazırlıq 15 gün davam edəcək.
Boksçularımız Buxarada yerli komanda ilə birgə məşq edib, sınaq döyüşləri keçirəcəklər.
Qeyd edək ki, toplanış Avropa birinciliyinə hazırlıq xarakteri daşıyır.