...

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayev və Azərbaycanın Ədliyyə naziri Fərid Əhmədov arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb (FOTO)

Cəmiyyət Materials 3 İyul 2025 10:16 (UTC +04:00)
Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayev və Azərbaycanın Ədliyyə naziri Fərid Əhmədov arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin iyun ayında Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayev və Azərbaycan Respublikasının Ədliyyə naziri Fərid Əhmədov arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Trend xəbər verir ki,Sazişdə MAA-da hüquqşünaslıq ixtisası üzrə təhsilalanların Ədliyyə Nazirliyinin struktur bölmələrində təcrübə keçmələri, könüllülər qismində işlə təmin olunmaları və digər məsələlər qeyd edilib.

Görüşdə akademik Arif Mir Cəlal oğlu Paşayev və nazir Fərid Əhmədov tərəfindən MAA-nın “İqtisadiyyat və hüquq” fakültəsinin tələbləri Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən XVI Layden-Sarin Məhkəmə Müsabiqəsində (“Leiden-Sarin International Air Law Moot Court Competition”) təmsil etmiş və yarımfinala yüksəlmiş Amal Qorxmaz oğlu Əhmədov və İlahə Azər qızı Səmədova, Rəsul Rövşən oğlu Əliyev, həmçinin, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Məhkəmə-Hüquq Şurası və Vəkillər Kollegiyasının tərəfdaşlığı ilə "Femida Könüllülari" Təskilatı tərəfindən təşkil olunmuş "DİVAN" Milli Məhkəmə Simulyasiyasında l yerə layiq görülmüş Həmayil Qismət qızı Sadıqova, bundan əlavə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən müasir vergi orqanlarının yaradılmasının 25 illiyinə həsr olunmus "Vergilər" mövzusunda ümumrespublika olimpiadasında III yerə layiq görülmüş Həliməxatun Elnur qızı İsmayılovaya təşəkkürnamələr təqdim olunub.

Xəbər lenti

Xəbər lenti