...

"Apple" insan gözü ilə müqayisə oluna biləcək kamera icad edib

Maraqlı Materials 3 İyul 2025 14:34 (UTC +04:00)
"Apple" insan gözü ilə müqayisə oluna biləcək kamera icad edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Apple” korporasiyasının mühəndisləri insan gözünün xüsusiyyətlərinə yaxın olan yeni nəsil kamera icad ediblər.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

ABŞ Patent və Ticarət Nişanları İdarəsinin (USPTO) bazasında qeydə alınan müvafiq patentdə “iPhone” üçün nəzərdə tutulmuş, geniş dinamik diapazona və aşağı səs-küy səviyyəsinə malik kamera sensoru təsvir olunur. Yeni texnologiya bir neçə işıq tutma səviyyəsini dəstəkləməklə yanaşı, görüntünün keyfiyyətinin artırılması üçün xüsusi mexanizmlərlə təchiz edilib.

Patent müəllifləri bu sensorun dinamik diapazon baxımından insan gözü ilə müqayisə oluna biləcəyini bildiriblər. Qurğu iki mərhələdə işləyir: əvvəlcə işıq vasitəsilə ötürülən detalları qeydə alır, sonra isə görüntünün emalı baş verir.

İxtiranın əsasını LOFIC (yan ötürməli inteqrasiya kondensatoru) adlanan sistem təşkil edir. Bu sistem hər bir pikselin səhnənin parlaqlığından asılı olmayaraq fərqli miqdarda işıq qəbul etməsinə imkan verir. Beləliklə, günün batması fonunda dayanan insanın çəkilişi kimi mürəkkəb şəraitdə belə görüntüdə zəngin detalların tutulmasına nail olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti