Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) üzrə dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə daxilolmalar 21,9 milyon manat olub.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 milyon manat və ya 23% çoxdur.
Belə ki, 2024-cü ilin ilk altı ayında Əmlak Məsələləri Dövlət Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 17,8 milyon manat idi.
Qeyd edək ki, ƏMDX-nin xətti ilə dövlət büdcəsinə daxilolmalar proqnozdan 5,1 milyon manat və ya 30,3% çox olub.
Məlumat üçün bildirək ki, cari ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin gəlirləri 19,8 milyard manat, xərcləri isə 17,1 milyard manat təşkil edib.