...

Göygöldə maye qazdoldurma məntəqəsinin istismarı məhdudlaşdırılıb (FOTO)

Hadisə Materials 3 İyul 2025 11:13 (UTC +04:00)
Göygöldə maye qazdoldurma məntəqəsinin istismarı məhdudlaşdırılıb (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi müfəttişləri tərəfindən Göygöl rayonunun Quşqara kəndində fəaliyyət göstərən fərdi sahibkar Qoçuyev Elşən Fəxrəddin oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

Trend xəbər verir ki, yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 1 ədəd tutumun istismar müddətinin bitdiyi, dövri olaraq tam texniki müayinəsinin keçirilmədiyi, həmçinin tutumun üzərində quraşdırılmış qoruyucu klapanların və manometrlərin dövri yoxlamasının aparılmadığı müəyyən edilib.

Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsindəki tutumun istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti