Bakı. Trend:
Rusiyanın daha 2 aeroportu dron hücumu təhlükəsi ilə əlaqədar bağlanıb.
Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, Kazan və Ulyanovsk hava limanlarında hava gəmilərinin uçuşu və enişinə müvəqqəti məhdudiyyət qoyulub.
“Rosaviasiya”nın rəsmi nümayəndəsi Artyom Korenyako məhdudiyyətin mülki təyyarələrin uçuş təhlükəsizliyinin təmin olunması məqsədi daşıdığını bildirib və aeroportların nə vaxta qədər bağlı qalacağına aydınlıq gətirməyib.
xxx
09:31
Rusiyanın Samara şəhər aeroportunda təyyarələrin uçuşu və enişi müvəqqəti olaraq dayandırılıb.
Trend xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) nümayəndəsi Artyom Korenyako “Telegram” kanalında məlumat yayıb.
“Mülki təyyarələrin uçuş təhlükəsizliyinin təmin olunması səbəbilə Samara aeroportunda onların qəbulu və göndərişinə müvəqqəti məhdudiyyətlər qoyulub”, - o qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Saratov hava limanında oxşar məhdudiyyətlər tətbiq olunsa da, təxminən 1 saatdan sonra normal fəaliyyət bərpa olunmuşdu.