...

Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Cəmiyyət Materials 3 İyul 2025 15:52 (UTC +04:00)
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda iyulun 3-dən 6-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Naxçıvan MR, Qusar, Xaçmaz, Xızı, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Siyəzən, Şabran, Şirvan, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Masallı, Astara, Balakən, Qax, Biləsuvar, Şəki, Zaqatala, Gəncə, Samux, Naftalan, Goranboy, Gədəbəy, Daşkəsən, Göygöl, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Saatlı, Sabirabad, İmişli, Zərdab, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Mingəçevir, Yevlax, Bərdə, Tərtərdə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında da şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti