...

İsrailin İrana hücumlarında 36 məktəbə ziyan dəyib

Dünya xəbərləri Materials 3 İyul 2025 13:30 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin İrana 12 günlük hərbi hava hücumları nəticəsində tamamilə dağıdılan binaların ətrafında yerləşən 36 orta məktəbə ziyan dəyib.

Trend-in məlumatına görə, bunu İranın Təhsil və Təlim Nazirliyinin sözçüsü Əli Fərhadi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, ziyan dəyən məktəblərin 35-i təmir olunub. Bir məktəb isə ciddi şəkildə dağıldığına görə əsaslı təmirə ehtiyaclıdır.

Fərhadi deyib ki, İsrailin İrana hücumları nəticəsində 30 məktəbli və 7 müəllim ölüb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti