...

"Qarabağ" braziliyalı hücumçudan imtina edib

İdman Materials 3 İyul 2025 01:30 (UTC +04:00)
"Qarabağ" braziliyalı hücumçudan imtina edib

Bakı. Trend:

“Qarabağ” Andre Klovisin xidmətindən imtina edib.

Trend xəbər verir ki, braziliyalı hücumçu lə anlaşma əldə olunmayıb.

27 yaşlı cənubi amerikalının tələbləri Azərbaycan çempionunun gözləntilərinin üstünə çıxdığından, danışıqlar bir yerdə dayanıb, irəliləməyib. Və tərəflərin növbəti dəfə dəyirmi masa arxasına əyləşməsi ehtimalı artıq tamamilə "əriyib".

O, ötən mövsüm Portuqaliyanın ikinci liqasında çıxış edən “Akademiko Viseu”da forma geyinib. Burada 33 oyun keçirən forvard 7 dəfə fərqlənib, 5 məhsuldar ötürmə edib.

Braziliyalı karyerası ərzində Portuqaliyanın “Eştoril”, ölkəsinin “İnter” kimi klublarında da tər töküb.

Xəbər lenti

Xəbər lenti