Bakı. Trend:
Yeni mövsümə hazırlıqlarını davam etdirən “Qəbələ” klubu heyətini gücləndirməkdə davam edir.
Trend xəbər verir ki, 19 yaşlı qanalı sol cinah vingeri Prins Ovusu “qırmızı-qaralar”ın əsas komandasına cəlb olunub. O, ötən mövsümdə klubun U-19 komandasının formasını geyinib.
Gənc futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Prins Ovusu 2023/24 mövsümündə U-19 Liqasının gümüş mükafatçısı olub. O, çıxış etdiyi 14 oyunda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.