...

"Nestle Waters" Fransa hökumətinin tələbinə əməl edərək Perrier zavodunda su filtrlərini dəyişib

Dünya xəbərləri Materials 4 İyul 2025 02:17 (UTC +04:00)
"Nestle Waters" Fransa hökumətinin tələbinə əməl edərək Perrier zavodunda su filtrlərini dəyişib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Nestle Waters" şirkəti Fransa hökumətinin Perrier markalı mineral suyun istehsal olunduğu Vergez zavodunda su filtrlərinin dəyişdirilməsi ilə bağlı göstərişlərini yerinə yetirib.

Trend xəbər verir ki, bu barədə AFP agentliyi şirkətin rəsmi bəyanatına istinadla məlumat yayıb.

Şirkətdən bildirilib: “Source Perrier markalı təbii mineral su üçün mikrofiltrasiya qurğusu prefektin xahişi ilə uyğunlaşdırılıb”.

Məlumata görə, Vergez şəhərindəki zavodda yeni təmizləmə sisteminin iyulun 4-də istifadəyə verilməsi planlaşdırılır. Şirkət bu addımdan sonra məhsullarını yenidən “təbii mineral su” kimi etiketləmək üçün rəsmi icazə almağa çalışacaq.

Qeyd edək ki, iki həftə əvvəl eyni zavodda qablaşdırılan "Hepar" və "Contrex" su markaları üçün də oxşar filtrlər quraşdırılıb.

Xatırladaq ki, daha əvvəl prefektura 0,2 mikron ölçülü filtrlərin dəyişdirilməsini tələb etmişdi. Bu cür incə təmizləmə proseduru Fransa qanunvericiliyinə əsasən təbii mineral suyun tərkibinə müdaxilə sayılır və onun orijinallığını şübhə altına alırdı.

Xəbər lenti

Xəbər lenti