...

Aron Remzi karyerasını Meksikada davam etdirəcək

İdman Materials 4 İyul 2025 05:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Arsenal" klubunun sabiq futbolçusu Aron Remzi karyerasını Meksikada davam etdirəcək.

Trend xəbər verir ki, 34 yaşlı uelsli yarımmüdafiəçi "Pumas" klubu ilə müqavilə imzalayıb.

Remzinin son çıxış etdiyi komanda "Kardiff Siti" olub. Uels təmsilçisi 2023/2024 mövsümünü uğursuz başa vuraraq İngiltərə Çempionşipini tərk edib.

Qeyd edək ki, təcrübəli futbolçu ötən mövsüm "Kardiff Siti"nin heyətində 21 oyuna çıxaraq 3 qol vurub.

Xəbər lenti

Xəbər lenti