...

UFC döyüşü Ağ Evdə keçiriləcək - Donald Tramp

Dünya xəbərləri Materials 4 İyul 2025 07:16 (UTC +04:00)
UFC döyüşü Ağ Evdə keçiriləcək - Donald Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Ağ Ev ərazisində UFC döyüşünün keçiriləcəyini açıqlayıb.

Trend-in məlumatına görə, Tramp bu barədə Ayova ştatında Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

ABŞ lideri UFC Prezidenti Dana Uaytın adını çəkərək deyib: "Biz UFC döyüşünü Ağ Evin ərazisində keçirəcəyik. Orada yerimiz çoxdur."

Onun sözlərinə görə, tədbir çempion adı uğrunda olacaq və 20-25 min tamaşaçının iştirakı nəzərdə tutulur. Lakin Tramp nə döyüşün tarixini, nə də iştirak edəcək idmançıların adlarını açıqlayıb.

Ağ Evin mətbuat katibi Karolayn Lyuitt isə prezidentin bu məsələdə “ciddi olduğunu” bildirib.

Qeyd edək ki, UFC tarixində bu cür tədbirin ABŞ prezidentinin iqamətgahında keçirilməsi ilk dəfə ola bilər.

Xəbər lenti

Xəbər lenti