...

Finlandiyada ticarət mərkəzi yaxınlığında bıçaqlı hücum baş verib

Dünya xəbərləri Materials 4 İyul 2025 03:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiyanın Tampere şəhərində yerləşən “Ratina” ticarət mərkəzinin yaxınlığında baş verən bıçaqlı hücum nəticəsində 4 nəfər xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə Finlandiya polisi rəsmi açıqlama yayıb.

Hücum edən, təxminən 20 yaşlarında olan şəxs hadisə yerində polis tərəfindən saxlanılıb. Zərərçəkənlərin vəziyyəti barədə hələlik ətraflı məlumat verilməyib.

Hadisə ticarət mərkəzində və ətraf ərazidə təşvişə səbəb olub. Polis dərhal əraziyə gələrək ticarət mərkəzini və ona bitişik meydanı mühasirəyə alıb. Günün ikinci yarısında təhlükəsizlik kordonu aradan qaldırılıb.

Hücumun səbəbləri və motivləri hələ də məlum deyil. Polis insidentlə bağlı araşdırmalarını davam etdirir, şahid ifadələri toplanır və hadisənin arxasında duran mümkün məqsədlər müəyyənləşdirilməyə çalışılır.

Xəbər lenti

Xəbər lenti