...

Ermənistan partlamentində dava düşüb

Dünya xəbərləri Materials 3 İyul 2025 14:53 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan parlamentinin deputatı, baş nazir Nikol Paşinyanın sabiq silahdaşı Ovik Aqazaryan Rusiya tərəfini İrəvanın təxribatlarına uymamağa çağırıb. Bu çağırış hakim “Vətəndaş Müqaviləsi” fraksiyası deputatları arasında böyük narazılığa səbəb olub.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

“Rusiya tərəfinə müraciət edirəm, xahiş edirəm, bizim təxribatımıza uymayın”, – Aqazaryan parlamentin tribunasından bəyan edib.

Bundan sonra iqtidar fraksiyasının bir sıra üzvləri, o cümlədən Avrointeqrasiya məsələləri üzrə daimi komissiyanın sədri Arman Eqoyan yerindən qalxaraq Aqazaryana “ar olsun” deyə qışqırıblar. Eqoyan onu xarici dövlətin maraqlarına xidmət etməkdə ittiham edib.

Hadisə qızğın söz davası ilə başlayıb, sonradan fiziki qarşıdurmaya çevrilib. Aqazaryan onu təhqir edən deputatın üstünə su şüşəsi atıb.

Parlamentin vitse-spikeri Akop Arşakyan Aqazaryanı iclas zalından çıxararaq, onun parlamentin növbəti iclaslarında iştirakını qadağan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti