...

"Qalatasaray"ın istədiyi qapıçı İngiltərədə qalacaq

İdman Materials 2 İyul 2025 21:26 (UTC +04:00)
"Qalatasaray"ın istədiyi qapıçı İngiltərədə qalacaq

Bakı. Trend:

"Qalatasaray"ın transfer etmək istədiyi Corce Petroviç İngiltərədə qalacaq.

Trend xəbər verir ki, Premyer Liqaya yüksələn "Sanderlend" "Çelsi"nin qapıçısını transfer etməyə yaxındır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunduğu bildirilir. "Sanderlend" serbiyalı qolkiper üçün London klubuna 25 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Çelsi" Corce Petroviçi ABŞ-nin "Nyu-İnqlend" klubundan transfer edib. Serbiya millisinin üzvü olan 25 yaşlı "əlcək sahibi" ötən mövsüm icarə əsasında Fransanın "Strasburq" klubunda çıxış edib.

Xəbər lenti

Xəbər lenti