...

Fransa həbsxanalarında genişmiqyaslı əməliyyatlar həyata keçirilib

Dünya xəbərləri Materials 12 Dekabr 2025 19:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qadağan olunmuş əşyaların müsadirə edilməsi məqsədilə Fransa həbsxanalarında genişmiqyaslı əməliyyatlar davam etdirilir.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Ölkənin ədliyyə naziri Jerald Darmanin BFM TV-də 80 həbsxanada aparılan axtarışlar nəticəsində 1100 mobil telefonun, 10 kiloqram narkotikanın və 1500 qadağan olunmuş əşyanın - “ağıllı” eynəklərin və s.-nin müsadirə edildiyini açıqlayıb.

O, ümumilikdə həbsxana sisteminə hazırda təxminən 4 min əlavə mühafizəçinin tələb olunduğunu diqqətə çatdırıb.

Qeyd edilir ki, Fransa həbsxanalarında müvafiq əməliyyatlar il sonunadək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti