...

Azərbaycanda elektrik enerjisi istehsalı artıb

Energetika Materials 12 Dekabr 2025 17:48 (UTC +04:00)
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 24,603 milyard kilovat-saat (kVt/saat) elektrik enerjisi istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 243,3 milyon kVt/saat və ya 1% çoxdur.

Eyni zamanda istehsal edilmiş elektrik enerjisinin 23,783 milyard kVt/saatını əmtəəlik elektrik enerjisi təşkil edib ki, bu da ötən ilin ilk 11 ayındakı göstərici ilə müqayisədə 232,4 milyon kVt/saat və ya 1% artım deməkdir.

Ümumilikdə Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar-noyabr aylarında 3,096 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 597,5 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti