...

Azərbaycanda neft bitumu və neft koksu üzrə istehsal həcmi açıqlanıb

İqtisadiyyat Materials 12 Dekabr 2025 17:43 (UTC +04:00)
Azərbaycanda neft bitumu və neft koksu üzrə istehsal həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 225,6 min ton neft bitumu istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,1 min ton və ya 5,1% azdır. Ötən ilin ilk 11 ayında ölkədə 237,7 min ton neft bitumu istehsal edilmişdi.

Bu ilin dekabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 6,6 min ton təşkil edib.

Bununla yanaşı, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 218,6 min ton neft koksu istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 44,8 min ton və ya 25,8% çoxdur. Ötən ilin müvafiq dövründə ölkədə 173,8 min ton neft koksu istehsal edilmişdi.

Cari ilin dekabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 41,9 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 5,013 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti