...

Yanvar-noyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə ixrac olunan neftinin həcmi açıqlandı

Energetika Materials 12 Dekabr 2025 20:20 (UTC +04:00)
Yanvar-noyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə ixrac olunan neftinin həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Yanvar-noyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 33,4 milyon ton neft nəql edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd olunur ki, ümumi nəqlin 74,6 faizi Bakı–Tbilisi–Ceyhan neft kəmərinin payına düşüb və hesabat dövründə bu kəmərlə 24,9 milyon ton neft daşınıb.

Məlumata görə, həmin müddət ərzində Bakı–Tbilisi–Ceyhanla nəql olunan neftin 85,1 faizi və ya 21,2 milyon tonu Azərbaycanda hasil olunan neft, 14,9 faizi və ya 3,7 milyon tonu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft olub.

Qeyd edək ki, Bakı–Tbilisi–Ceyhan neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir. Bunun 443 kilometri Azərbaycanın, 249 kilometri Gürcüstanın, 1076 kilometri isə Türkiyənin ərazisindən keçir. Kəmərin tikintisinə 2003-cü ilin aprelində başlanılıb, boru kəmərinə ilk neft 18 may 2005-ci ildə vurulub.

BTC Co. şirkəti layihənin həyata keçirilməsi üçün 2002-ci ilin avqustunda yaradılıb. Şirkətdə pay bölgüsü aşağıdakı kimidir:

bp (30,1%), “AzBTC” (25%), MOL (8,9%), “Equinor” (8,71%), TPAO (6,53%), “Eni” (5%), “Total” (5%), “Itochu” (3,4%), “Inpex” (2,5%), “ExxonMobil” (2,5%) və ONGC (2,36%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti