...

Azərbaycanda ağ neft istehsalı 14%-dən çox artıb

İqtisadiyyat Materials 12 Dekabr 2025 17:17 (UTC +04:00)
Azərbaycanda ağ neft istehsalı 14%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 634,4 min ton ağ neft istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 79,6 min ton və ya 14,3% çoxdur. Ötən ilin ilk 11 ayında ölkədə 554,8 min ton ağ neft istehsal olunmuşdu.

Bu ilin dekabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 18,6 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 5,013 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti