...

Tanınmış britaniyalı yazıçı vəfat edib

Dünya xəbərləri Materials 12 Dekabr 2025 18:33 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Britaniyanın tanınmış yazıçısı Coanna Trollop 82 yaşında dünyasını dəyişib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Yazıçının qızları Luiza və Antoniya mətbuata açıqlamalarında bildiriblər ki, analarının son günlərini Oksfordşirdəki evində hüzur içində keçirdiyini bildiriblər. Yazıçının ölüm səbəbi dəqiqləşdirilmir.

Vida mərasiminin tarixi və yeri sonradan açıqlanacaq.

Trollop öz yaradıcılığında Mərkəzi İngiltərədə romantika və intriqalar mövzularını qaldırırdı. Onun ən məşhur əsərləri arasında “Pastor Hardingin qızı”, “Rektorun həyat yoldaşı”, “Məşuqə ilə evlilik” və “Gəlinlər” romanları göstərilir.

Yazıçının kitabları 25-dən çox dilə tərcümə edilib və onların bəziləri televiziya üçün ekranlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti