...

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər (FOTO)

Gündəm Materials 12 Dekabr 2025 17:34 (UTC +04:00)
Azərbaycandakı dini konfessiyaların rəhbərləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Bu barədə Trend-ə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, din xadimləri Ulu Öndərin Anım günündə ruhuna dualar oxuyub, məzarı önünə güllər düzüblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə güllər düzülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti