Bakı. Trend:
Gələn ildən etibarən London sakinlərini ictimai nəqliyyatda yeni tarif artımları gözləyir.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, Böyük Britaniyada davam edən yaşayış xərcləri böhranı fonunda London metrosu üzrə gedişhaqqı mart ayından artırılacaq. Dəyişikliklər çərçivəsində pik saatlarda 1-ci Zona adlandırılan ərazi üzrə “pay-as-you-go” sistemi ilə səyahətin qiyməti 2,90 funt sterlinqdən 3,10 funta qaldırılacaq.
Bununla yanaşı, avtobus və tramvay tariflərinin iyul ayınadək dəyişdirilməyəcəyi bildirilib.
