Bakı. Trend:
NASA Mars orbitində fəaliyyət göstərən MAVEN (Mars Atmosferi və Uçucu Təkamül) kosmik gəmisi ilə əlaqəni itirib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, kosmik aparat ötən həftəsonu qəfil şəkildə yerüstü stansiyalarla əlaqəni dayandırıb. Problem Marsın Günəşlə Yer arasında gizləndiyi bir mərhələdən sonra peyk yenidən görünəndə baş verib və ondan heç bir siqnal alınmayıb.
NASA hazırda problemi araşdırır və texniki komandalar mühəndislik tədqiqatlarına başlayıblar.
Qeyd edək ki, hazırda Mars orbitində NASA-nın digər iki kosmik gəmisi – Mars Reconnaissance Orbiter (2005) və Mars Odyssey (2001) hələ də aktivdir.
