...

Tayson Fyuri karyerasını bərpa edəcək

İdman Materials 3 İyul 2025 03:39 (UTC +04:00)

Bakı. Trend:

Britaniyalı boksçu Tayson Fyuri karyerasını bərpa edəcək.

Trend xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Əyləncələr Departamentinin rəhbəri Turki Al Aş-Şeyx açıqlama verib.

Onun sözlərinə görə, WBC, WBO, IBO, WBA Super, The Ring, IBF versiyaları üzrə super ağır çəkidə keçmiş dünya çempionu 2026-cı ildə rinqə dönəcək. Turki Al Aş-Şeyx bununla bağlı sosial şəbəkə hesabında yazıb: "Qaraçı Kralı geri qayıdacaq! Mən Taysonla danışdım və o, 2026-cı ildə Ər-Riyadda döyüşəcəyinə söz verdi. Səbirsizliklə gözləyəcəyimiz bir şey var".

Qeyd edək ki, Fyuri bu ilin yanvarında peşəkar karyerasını bitirib. O, ötən il dekabrın 22-də məğlubedilməz Aleksandr Usikə uduzub.

Xəbər lenti

Xəbər lenti