...

Özbəkistan aqrosənaye sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır - STP rəhbəri

İqtisadiyyat Materials 2 İyul 2025 14:45 (UTC +04:00)
Özbəkistan aqrosənaye sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır - STP rəhbəri
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Şuşa. Trend:

Özbəkistan aqrosənaye sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

Trend-in Şuşaya ezam olunmuş xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə Özbəkistanın Sənaye-Ticarət Palatasının rəhbəri Davron Vahabov “İnvestisiyaların və ticarətin təşviqi İƏT regionunda dayanıqlı inkişafın katalizatoru kimi” mövzusunda 6-cı İƏT Biznes Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti bu sahədə birgə təşəbbüslərin gerçəkləşdirilməsinə maraq göstərir.

“Biz bu yaxınlarda KOBİA rəhbərliyi ilə apardığımız danışıqlarda təklif etdik ki, gəlin, ayrıca təcrübəli və peşəkar fermerləri gətirək və burada birgə layihə həyata keçirək. Məsələn, bərabər şərtlərlə – 50-yə 50. İnvestisiyanı Özbəkistan edəcək və həmin məhsulu, yəni burada yetişdirilə bilən, amma bizdə çatışmayan məhsulu, Özbəkistan özü zəmanətli şəkildə alacaq,” – deyə o bildirib.

Vahabov həmçinin, Şuşada kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə maraq göstərdiyini bildirib və qeyd edib ki, burada aqrar layihələrin reallaşdırılması üçün bütün şərait mövcuddur.

Onun sözlərinə görə, Özbəkistanda 38 milyon insan yaşayır. Ölkənin ərzaq və qida məhsulları idxalı təxminən 6 milyard dollar təşkil edir. Bu isə çox böyük bir bazar deməkdir.

“Həm Azərbaycan, həm də Özbəkistan üçün qarşılıqlı maraq olacaq. Bundan əlavə, logistika xərcləri azalacaq. Hazırda biz Avropaya ixrac üçün Azərbaycan üzərindən nəql həyata keçiririk, lakin idxal həcmi aşağıdır. Bu isə malların idxal dəyərini artırır. Əgər biz balanslaşdırılmış ticarət dövriyyəsinə nail olsaq, sahibkarlar logistika xərclərini azaldacaq, bu isə məhsulun maya dəyərinə müsbət təsir göstərəcək,” – deyə Vahabov əlavə edib.

Bundan əlavə, o qeyd edib ki, Özbəkistan SOCAR-ın təcrübəsinə və neft-kimya sahəsində birgə layihələrə, həmçinin turizm və zərgərlik sənayesində əməkdaşlığa maraq göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti