Şuşa. Trend:
Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Biznəs Forumu keçirilib.
Trend-in Şuşaya ezam olunmuş xəbər verir ki, tədbir ilə ilk dəfə təşkil olunan “İƏT Həftəsi” çərçivəsində baş tutub.
Forum İqtisadiyyat Nazirliyi, AZPROMO, İqtisadi Əməkdaşlıq Təşkilatının Katibliyi və İƏT Ticarət və Sənaye Palataları Konfederasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Forumun əsas məqsədi İƏT-ə üzv ölkələr arasında investisiya və ticarətin təşviqi, işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi və dayanıqlı iqtisadi inkişafa töhfə verməkdir.
Tədbir çərçivəsində ərzaq, kənd təsərrüfatı, tekstil, İKT, turizm, nəqliyyat və dairəvi iqtisadiyyat sahələrində tərəfdaşlıq imkanları müzakirə olunub. Həmçinin “biznes-dövlət” (B2G) və “biznes-biznes” (B2B) formatlarında görüşlər keçirilib.
Qeyd edək ki, Forum İƏT regionunda iqtisadi əlaqələrin genişlənməsi baxımından mühüm platforma hesab olunur.
Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Formda çıxışı zamanı bildirib ki, Azərbaycan İƏT-in üzvü kimi təşkikala sadiqliyini nümayiş etdirib, bu zamanadək bir çox beynəlxalq konfranslara ev sahibliyi edib.
Onun sözlərinə görə, ölkəmiz İƏT konfranslarında yaxından iştirak etməklə bərabər onun məqsədlərinə öz töhfələrini verib.
Nazir müavini qeyd edib ki, cari ildə Azərbaycanla İƏT üzvləri arasında ticarət dövriyyəsi 3,5 milyard ABŞ dollarına çatıb.