...

Bundan sonra özəl sektor nümayəndələri ilə daha yaxından çalışmağı hədəfləyirik - İƏT rəsmisi

Cəmiyyət Materials 2 İyul 2025 10:44 (UTC +04:00)
Bundan sonra özəl sektor nümayəndələri ilə daha yaxından çalışmağı hədəfləyirik - İƏT rəsmisi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Şuşa. Trend:

Bu gün Şuşaya iki ildən bir keçirilən Liderlər Zirvəsi toplantısı üçün gəlmişik. Bu dəfəki toplantıda Azərbaycan çox fərqli yanaşma sərgilədi.

Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin köməkçisi Çağatay Emre Öngüt Şuşada keçirilən Biznes Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, toplantının işi fərqli istiqamətlərdə forumlarla başlayıb:

“Ötən gün Gənclik Forumu keçirildi, bu gün Biznes Forumu baş tutacaq. İƏT-in bütün üzvlərindən 170-dən çox iş adamını bir araya gətirən görüş baş tutacaq. Bu Biznes Forumu sayca 6-cı olacaq”.

Öngüt əlavə edib ki, təşkilatın hazırkı iş prinsipi dövlətlərlə çalışmaqdır.

“Bundan sonrakı dönəmdə biz özəl sektor nümayəndələri ilə daha yaxından çalışmağı hədəfləyirik. Bunun ilk sınağını Şuşadakı forumda keçirəcəyik”, - deyə o fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti