Bakı. Trend:
Bu ilin iyun ayında Azərbaycanın axtarış sistemi bazarında 79,81 faiz paya sahib olan "Google" ölkədə ən populyar axtarış sistemi kimi qalmaqda davam edib.
Trend-in “Global Stats” Statistika Mərkəzindən əldə etdiyi məlumata görə, cari ilin may ayı ilə müqayisədə "Google" axtarış sisteminin payı 0,82 faiz bəndi azalıb.
Hesabat dövründə "Yandeks" axtarış sisteminin payı 0,68 faiz bəndi artaraq 17,87 faiz təşkil edib.
"Bing" axtarış sisteminin payı 0,09 faiz bəndi azalaraq, "Yahoo"nun payı isə 0,05 faiz bəndi artaraq müvafiq olaraq 1,2 faizə və 0,5 faizə bərabər olub.
Hesabat dövründə Azərbaycanın axtarış sistemi bazarında 0,3 faiz digər axtarış sistemlərinin payına düşüb.