...

Qadınların təhsil və tədrisdə rolunun artırılması əsas məqsədlərimizdən biridir - Elnur Nəsibov

Cəmiyyət Materials 2 İyul 2025 10:24 (UTC +04:00)
Qadınların təhsil və tədrisdə rolunun artırılması əsas məqsədlərimizdən biridir - Elnur Nəsibov
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın. Trend:

Qadınların təhsil və tədrisdə rolunun artırılması əsas məqsədlərimizdən biridir.

Trend-in Laçına ezam olunmuş müxbiri xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov ilk dəfə Laçında keçirilən İƏT-in Qadınlar Forumunda deyib.

Onun sözlərinə görə, gənc qızların təhsildə sayı artır:

"Xüsusilə Azərbaycanın təhsil sisteminə gəldikdə, demək olar ki, ölkənin ən iri sistemlərindən biridir ki, bir milyon altı yüz min şagird var. Orta təhsil ocaqlarında qızlara gəldikdə, ümumi təhsildə 60 faizini təşkil edir. Universitet səviyyəsində isə 52,1 faiz tələbə qızlardır ki, bu da çox yaxşı bir göstəricidir. Qadınların ümumiyyətlə təhsil və tədrisdə rolunun artırılması bizim əsas məqsədlərimizdən biridir. Hal-hazırda bütün peşə təhsili alanlar arasında qızlar 36 faiz təşkil edir. Lakin Təhsil və Elm Nazirliyi onların sayının 40 faizə çatdırılmasını istəyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti