...

Özbəkistan İqtisadi Əməkdaşlıq Təşkilatı nəzdində investisiya fondunun yaradılmasını təklif edib

İqtisadiyyat Materials 2 İyul 2025 12:56 (UTC +04:00)
Özbəkistan İqtisadi Əməkdaşlıq Təşkilatı nəzdində investisiya fondunun yaradılmasını təklif edib
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Şuşa. Trend:

Özbəkistan Ticarət və Sənaye Palatasının sədri Davron Vahabov İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə istehsalat və infrastruktur layihələrinin dəstəklənməsi məqsədilə investisiya fondunun təsis edilməsini təklif edib.

Trend-in Şuşaya ezam olunmuş xüsusi müxbirinin çərşənbə günü verdiyi xəbərə görə, bu barədə Davron Vahabov “İnvestisiyaların və ticarətin təşviqi İƏT regionunda dayanıqlı inkişafın katalizatoru kimi” mövzusunda 6-cı İƏT Biznes Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, belə bir fond sənaye zonalarının, logistika mərkəzlərinin və emal müəssisələrinin yaradılması üçün maliyyə alətinə çevrilə bilər. Vahabov həmçinin İƏT ölkələrinin növbəlilik əsasında hər il keçiriləcək iqtisadi forumu və əmtəə yarmarkasını təşkil etməyi təklif edib.

O qeyd edib ki, bu addım B2B formatlarının sistemli inkişafına, ixrac potensialının təqdimatına və birbaşa investisiyaların təşviqinə imkan verəcək.

Vahabov kiçik və orta sahibkarlığın xarici ticarətdə iştirakının təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edən elektron sertifikatlaşdırma, logistika, gömrük prosedurları və hesablaşmaları əhatə edən İƏT platformasının inkişaf etdirilməsi və praktik tətbiqinin sürətləndirilməsini də təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti