...

Ötən gün 64 kiloqramdan artıq narkotik vasitə götürülüb

Gündəm Materials 2 İyul 2025 10:47 (UTC +04:00)
Ötən gün 64 kiloqramdan artıq narkotik vasitə götürülüb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 1-də ümumi çəkisi 64 kiloqramdan artıq narkotik vasitə, 50 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 830 kiloqram çəkidə 366 ədəd çətənə kolu götürülüb.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yabanı halda bitmiş 2 tondan artıq çəkidə 9784 ədəd çətənə kolu isə polis əməkdaşları tərəfindən aşkar edilərək məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti