...

İƏT Ticarət-Sənaye palatasının prezidenti daha güclü iqtisadi strukturun yaradılmasının vacibliyi barədə danışıb

İqtisadiyyat Materials 2 İyul 2025 12:28 (UTC +04:00)
İƏT Ticarət-Sənaye palatasının prezidenti daha güclü iqtisadi strukturun yaradılmasının vacibliyi barədə danışıb
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Şuşa. Trend:

İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində daha güclü və daha inteqrasiya olunmuş iqtisadi strukturun yaradılması üçün səy göstərmək vacibdir.

Trend-in Şuşaya ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu İƏT Ticarət-Sənaye palatasının prezidenti, Pakistanın Ticarət-Sənaye Palataları Federasiyasının prezidenti Atif İkram Şeyx “İnvestisiyaların və ticarətin təşviqi İƏT regionunda dayanıqlı inkişafın katalizatoru kimi” mövzusunda 6-cı İƏT Biznes Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, əsas diqqət regional ticarətin, sənayenin və investisiya potensialının inkişaf etdirilməsinə, ələlxüsus da ixracat həcminin artırılması, idxalın əvəzlənməsinə yönələcək.

“Bütün üzv-ölkələri kənd təsərrüfatı, İnformasiya Texnologiyaları, faydalı qazıntılar, yüngül sənaye kimi sahələrdə birgə müəssisələri və investisiyaları inkişaf etdirməyə, habelə iqtisadi, investisiya, sənaye, ticarət, vergi siyasəti, KOB-a dəstək sahələrində əlaqələndirmə aparmağa çağırıram”, -deyə Atif İkram Şeyx bildirib.

O, həmçinin İƏT-in Ticarət və Sənaye Palatasının İstanbul–Tehran–İslamabad dəmir yolu da daxil olmaqla ticarət dəhlizləri və nəqliyyat marşrutlarının inkişafı sahəsində İƏT ölkələrinin fəaliyyətini əlaqələndirmək, eləcə də enerji sahəsində qarşılıqlı əlaqəni gücləndirmək üçün bütün səyləri göstərəcəyini bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti