...

Energetika naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

Energetika Materials 2 İyul 2025 14:50 (UTC +04:00)
Energetika naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov iyulun 22-də İsmayıllı, Şəki, Oğuz, Qəbələ, Ağsu və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan başlayaraq İsmayıllı rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 57) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov, əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: [email protected]), Şəki filialı (əlaqələndirici şəxs: Asim Məmmədov: əlaqə telefonu: (050) 378-28-46, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti