Şuşa. Trend:
Azərbaycan İƏT-in üzvü kimi təşkikala sadiqliyini nümayiş etdirib, bu zamanadək bir çox beynəlxalq konfranslara ev sahibliyi edib.
Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Biznes Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, ölkəmiz İƏT konfranslarında yaxından iştirak etməklə bərabər onun məqsədlərinə öz töhfələrini verib.
Nazir müavini qeyd edib ki, cari ildə Azərbaycanla İƏT üzvləri arasında ticarət dövriyyəsi 3,5 milyard ABŞ dollarına çatıb.