...

Almaniya biznesində rekord ixtisarlar gözlənilir

Dünya xəbərləri Materials 2 İyul 2025 12:12 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya şirkətləri 2025-ci ilin ilk altı ayında təxminən 37,7 min işçisinin ixtisarı ilə bağlı planları elan edib.

Trend xəbər verir ki, bunu Avropa Yenidənqurmanın Monitorinqi xidmətinin statistikası göstərir.

Bu koronovirus böhranının başladığı dövrdən bəri ilin ilk yarım ili ərzində qeydə alınmış ən yüksək göstəricidir.

Ekspertlər artıq üçüncü ildir ki, bu cür planların sabit artımını qeyd edirlər. Əgər 2022-ci ilin birinci yarısında Almaniya biznesi təxminən 9,6 min nəfəri ixtisar etməyi planlaşdırırdısa, 2025-ci ildə bu göstərici təxminən dörd dəfə artaraq 37,7 min nəfərə çatıb.

2025-ci ilin rəqəmi 2020-ci ildəki pik göstəricidən aşağı olsa da (həmin vaxt 48,1 min nəfərin ixtisarı planlaşdırılırdı), bu rəqəm digər böhran dövrləri ilə müqayisə oluna biləcək səviyyədədir. Belə ki, qlobal maliyyə böhranının pik dövründə Almaniya şirkətləri 40 min nəfəri, Avropa borc böhranının kəskin mərhələsində isə 40,8 min nəfəri ixtisar etməyi planlaşdırırdılar.

2025-ci ilin birinci yarısında ixtisarların əsas yükü sənaye sektorunun üzərinə düşüb. İyirmi səkkiz sənaye şirkəti ümumilikdə 20,7 min iş yerinin ləğvini planlaşdırdıqlarını bəyan ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti