...

PKK-nın 10 gün ərzində tərksilah edilməsinə başlanacaq - KİV

Dünya xəbərləri Materials 2 İyul 2025 09:28 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kürd Fəhlə Partiyasının (PKK) terrorçu qruplaşmasının 50 döyüşçüdən ibarət ilk qrupu 10 gün ərzində İraqın Şimalında yerləşən Dahuk şəhərində silahları yerə qoyacaq.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, qruplaşmanın ümumi tərksilahı prosesinin isə sentyabr ayına kimi yekunlaşacağı gözlənilir. Döyüşçülərin silahları təhvil verməsi Türkiyə və İraq hökumət nümayəndələrinin nəzarəti altında həyata keçiriləcək.

Qeyd edilir ki, tərksilah prosesində hər hansı başqa ölkələrin nümayəndələri və ya BMT təmsilçiləri iştirak etməyəcək və PKK döyüşçülərinin düşərgələri sonradan İraq hökumətinin nəzarətinə keçəcək.

KİV-lər bundan əvvəl PKK-nin tərksilah prosesinin 3-4 ay çəkəcəyini yazmışdılar. Qeyd edilmişdi ki, ümumilikdə 3400-ə yaxın yaraqlı silahlarını yerə qoyacaq, lakin onlardan yalnız təqribən 2 min nəfəri Türkiyəyə qayıda biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti